Trade Services MMC 2019-cu ildə təsis olunmuşdur və neft-qaz, energetika, infrastruktur və sənaye sektorlarının tələblərini dəstəkləyən etibarlı sənaye təchizatı və satınalma tərəfdaşına çevrilmişdir.
Şirkətimiz dünyanın aparıcı istehsalçılarının məhsullarını təqdim edərək müştərilərimizin texniki tələblərinə tam cavab verən, etibarlı və uzunömürlü həllər təklif edir. Hər bir layihəyə fərdi yanaşır, məhsul seçimi mərhələsindən başlayaraq satınalma, logistika, gömrük rəsmiləşdirilməsi, texniki sənədləşmə və son təhvil prosesinədək bütün mərhələləri vahid xidmət konsepsiyası əsasında idarə edirik.
İmkanlarımız beynəlxalq təchizat və ticarətlə məhdudlaşmır. 2018-ci ildən fəaliyyət göstərən öz istehsalat və xidmət müəssisəmiz, Neft Mədən Avadanlığı MMC vasitəsilə qlobal satınalmanı yerli istehsalat, mühəndislik, təmir və texniki xidmət imkanları ilə birləşdiririk.
Şəbəkəmizə 120-dən çox yoxlanılmış qlobal təchizatçı və istehsalçı daxildir. Bu, rəqabətli təchizat, texniki uyğunluq və etibarlı çatdırılmanı dəstəkləyir. Neft-qaz, energetika, sənaye və infrastruktur sahələrində, o cümlədən dövlət qurumları olmaqla, 40-dan çox aktiv müştəriyə xidmət göstəririk.
Bu gün Trade Services MMC Azərbaycanın aparıcı sənaye və infrastruktur layihələrinin etibarlı təchizat tərəfdaşlarından biri kimi fəaliyyətini davam etdirir. Müştərilərimizin uğurunu, təchizatın fasiləsizliyini və təchizat zənciri risklərinin səmərəli idarə olunmasını ortaq prioritetlər kimi qəbul edirik. Təchizatçı və bazar risklərinin proaktiv idarə edilməsi, tənzimləyici tələblərə uyğunluq, dayanıqlı təchizat strategiyaları və davamlı performansın yaxşılaşdırılması vasitəsilə satınalma və təchizat zənciri pozuntularını azaltmağa, eyni zamanda uzunmüddətli dəyər yaratmağa çalışırıq.
Innovativ yanaşma, beynəlxalq standartlara uyğun satınalma təcrübəsi, məsuliyyətli təchizat zənciri idarəçiliyi və davamlı inkişaf prinsipləri ilə uzunmüddətli tərəfdaşlıqlar qurmağa sadiqik.